ONN İnformasiya Agentliyi

Əflatun Amaşov: “Məhz buna görə, o, ulu öndərin baş mühafizəçisi oldu”

Əflatun Amaşov: “Məhz buna görə, o, ulu öndərin baş mühafizəçisi oldu”
21 Dekabr 2017 - 20:11

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin baş direktoru Aleksandr İvanovun vəfatı ilə əlaqədar başsağlığı verib.

ONN media-nın məlumatına görə, Ə.Amaşov başsağlığında qeyd edib:

"İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin baş direktoru Aleksandr İvanovun vaxtsız vəfatından çox üzüldüm. Mərhumun doğmalarına, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verirəm.

Aleksandr Alekseyeviç şəxsi keyfiyyətləri ilə örnək sima idi. Sadəliyi, səmimiliyi, qayğıkeşliyi ilə seçilirdi. İdeya və prinsiplərinə hədsiz sadiqliyi və bütövlüyü ilə də. Məhz buna görədir ki, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış, ulu öndər Heydər Əliyevin şəxsi mühafizə xidmətinə rəhbərlik etmişdi.

Aleksandr İvanov Azərbaycan Mətbuat Şurasına üzv təşkilatın – “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin rəhbəri kimi tədbirlərimizdə yaxından iştirak edirdi. Hərəkət və davranışlarında, ətrafdakılara münasibətdə hər zaman böyüklük, doğmalıq hissi görürdük. Bunun nəticəsidir ki, media cameəsində hörmət və ehtiramla qarşılanırdı.

A.İvanov təhlükəsizlik orqanlarında fəaliyyəti ilə peşəkar olduğu kimi, media sahəsində də peşəkar idi. Jurnalistika prinsiplərini və vətənpərvərliyi vəhdətdə tutmağı bacarırdı. Hadisə və prosesləri özünəməxsus təhlil etmək qabiliyyəti ilə diqqət çəkirdi. Hesab edirəm ki, onun timsalında biz Azərbaycan həqiqətlərinin xaricdəki fəal təbliğatçılarından birini itirdik.

Aleksandr Alekseyeviçin vaxtsız vəfatı jurnalistikamız üçün böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!"

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png