ONN İnformasiya Agentliyi

Əhmədlidə çörək sexi bağlandı – Rəsmi

Əhmədlidə çörək sexi bağlandı – Rəsmi
24 Yanvar 2018 - 13:40

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliçiliyində olan çörəkbişirmə müəssisəsinin ləğv olunduğu elan edilib.

ONN media xəbər verir ki, müvafiq məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.

Məlumatda qeyd edilib ki, Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliçiliyində, hüquqi ünvanı Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, general Mehmandarov küçəsi 2 olan “Azərtaxıl” Dövlət şirkətinin “Azərçörək” İB-nin 20 saylı şörəkbişirmə müəssisəsi ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11 a ünvanına bildirə bilərlər.

Müəssisə Ədliyyə Nazirliyində 24.07.1996-ci il tarixində D-1378 saylı şəhadətnamə ilə dövlət qeydiyyata alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png