ONN İnformasiya Agentliyi

ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ – 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)

ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ – 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)
29 Yanvar 2020 - 22:52

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov, hər gün Şabran və Siyəzən rayonlarının 4-5 kəndində seçicilərlə görüş keçirir.

Hakim partiyanın ən yaxşı təbliğat-təşviqat kampaniyası aparan namizədlərindən olan S.Qurbanov son 2 gündə 10-a dək kəndin seçicilərilə görüşüb. Bu kəndlərin bəziləri isə qarlı dağ kəndləridir.

Namizəd əvvəlcə Şabran rayonunun Ağbaş, Çölquşçu və Çayqaraqaşlı kəndlərində seçicilərin qarşısına çıxıb. Burda həm öz platforması barədə danışıb, həm də sakinləri dinləyib, onların problemlərini öyrənib.

S.Qurbanov seçicilərlə görüşdən sonra Ağbaş kəndində şəhid Milli Qəhrəman Samir Zülfüqarovun ailəsinə baş çəkib. “Samir qardaşımız 1995-ci ildə Cavadov qardaşlarının dövlət çevrilişinə cəhd etdiyi zaman qorxmaz, igid əsgər olaraq öz şücaətini göstərmiş və bu yolda şəhid olmuşdur. Anamız Gülgəz xanım ailəsinə göstərdiyi diqqətə görə dövlətimizə, onun rəhbəri cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi”, – S.Qurbanov qeyd edib.

Siyəzən rayonunda isə Yenikənd, Gilgilçay, Tuğay, Aşağı Ələz, Yuxarı Ələz, Dağquşçu kəndlərində görüşlər olub. S.Qurbanov həmçinin rayon mərkəzində 48-49 saylı yaşayış binalarının sakinləri ilə də görüşüb.

YAP-ın namizədi bütün görüşlərdə seçicilərdən tam dəstək vədini alıb.

S.Qurbanovun son 2 gündəki görüşlərindən fotoları təqdim edirik:

ONN İnformasiya Agentliyi
image_printÇap Et
ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ – 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)
ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ – 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)
ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ – 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)
ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ – 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)
ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ – 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png