ONN İnformasiya Agentliyi

17 namizəddən 10-nu seçkidən uzaqlaşdı

17 namizəddən 10-nu seçkidən uzaqlaşdı
09 Yanvar 2024 - 11:56

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

ONN media xəbər verir ki, bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyi qeydə alınmayacaq.

Çünki həmin şəxslər yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri MSK-ya təqdim etməyiblər.

Xatırladaq ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Qeyd edək ki, İlham Əliyev, Zahid Oruc, Fuad Əliyev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli, Namizəd Səfərov və Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

İndiyə qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png