“2 ay heç bir yerə gedə bilmərəm”- NAMİQ QARAÇUXURLU (FOTOLAR)

Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxurlu ayağından əməliyyat olunub.

ONNmedia axşam.az-a istinadən məlumat verir ki, sənətçi bildirib ki, bir çoxları onun səhhəti ilə bağlı halını şişirtdiyini iddia edir.

Qaraçuxurlu əməkdaşımızla söhbətindən hadisənin necə baş verməsindən danışıb:

“Əslində nələrisə qurdalayan biri deyiləm. Bütün günü evdə oturduğum üçün sosial şəbəkələri izləyir, saytları oxuyuram. İnsanlar yazır ki, ayaqdır da, sınıb, niyə böyüdürsən? Bu, dəhşətli hadisə idi. Mərmər səkinin üstündən sürüşüb yıxıldım. Ayağım üç yerdən sındı. Onlardan biri açıq, ikisi qapalı sınıq idi. Bundan əvvəl dəfələrlə başıma qəza gəlib. Hətta quyuya da yıxılmışam, amma bu qədər ağır olmayıb”.

N.Qaraçuxurlu deyib ki, həkim yataq rejimində qalmasını tapşırıb:

“2 ay heç bir yerə gedə bilmərəm. Neçə gündür evdə yataq rejimində qalmışam. Gecələr çox ağrılarım olur. 15 gündən sonra ayağımı yerə basmamaq şərtiylə əsa ilə gəzə bilərəm. 2 aylıq bütün təkliflərdən imtina etmişəm. Heç bir Yeni il şənliyində yer ala bilmədim. Fəaliyyətimi bir müddətlik dondurmuşam”.