20 Yanvar hadisələrinin əsas səbəbi nədir?

“Məhz nəhəng bir ölkəyə nəzarəti itirməkdə olan, güzəştlər və sərt zorakılıq arasında qalmış sovet siyasi rəhbərliyinin səhvləri Qara Yanvarın əsas səbəbi oldu. Səbəblərdən biri də sovet rəhbərliyinin erməni millətçiliyini təşviq etməsi idi”.

ONN media xəbər verir ki, bunu “Report”a rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Politoloq 33 il əvvəl baş vermiş böyük faciənin ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

“Biz yaxşı bilirik ki, bu, azərbaycanlıların ürəyinin sağalmamış yarasıdır. Siyasi mübarizənin dinc insanlara toxunmaması üçün faciələr bir dərs olmalıdır”, – Markov qeyd edib.