26 ailə böyük təhlükə ilə üz-üzə

Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci mədən ünvanında yerləşən bina qəzalı vəziyyətdədir.

110 ildən artıq yaşı olan tikili dağılma təhlükəsi ilə üz-üzədir.

Sakinlərin sözlərinə görə, yağış yağdığı zaman binada olan elektrik xəttləri tam açıq formada olduğu üçün onlar dəmir parçalara toxuna bilmirlər.

Qeyd edək ki, sözügedən binada 26 ailə yaşayır.