ONN İnformasiya Agentliyi

4 milyon 225 min manatlıq kreditin fəsadları

4 milyon 225 min manatlıq kreditin fəsadları
12 Yanvar 2018 - 10:17

Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları – Anar, Teymur və Asim prokurorluqda ifadə veriblər.

ONN media xəbər verir ki, Çingiz Cəlilovun cinayət işi üzrə ifadə verən oğlu Anar Cəlilov heç bir yerdə işləmədiyini deyib.

Onun sözlərinə görə, Çudo Peçka MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub:

"2012-ci ildə atam məni yanına çağırıb dedi ki, "Çudo Peçka"nın fəaliyyəti ilə bağlı "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın MUM-un (Mərkəzi Univermaq) yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Həmin sənədlərdə 4 milyon 225 min manatlıq kredit müqaviləsi var idi. Həmin sənədlərə imza atmışam. Amma kredit üzrə vəsaiti mən götürməmişəm".

Çingiz Cəlilovun digər oğulları – Teymur və Asim, həmçinin qardaşı Pərviz də Anar Cəlilovun verdiyi ifadələrə uyğun danışıblar. Onlar adlarına götürülən kreditlərin təklifi Çingiz Cəlilovdan gəldiyini deyiblər.

Qeyd edək ki, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilov və “Bank Standart”ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Xatırladaq ki, ifadəsi məlum olan Anar Cəlilov müğənni Röya Ayxanın keçmiş əridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png