4 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar ayı ərzində ölkə üzrə 27,3 km yeni qaz kəməri quraşdırılıb.

ONN media-nın İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 21,2 km qaz kəməri əsaslı təmir olunub. 

Aparılan tikinti-quraşdırma işləri nəticəsində Daşkəsən, Beyləqan və Göyçay rayonlarında 4 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.