519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 519 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

ONN medianın DİM-in saytına istinadən verdiyi məlumata görə, təqdim edilmiş vakant vəzifələr Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan (BB qrupu) vəzifələrdir.

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 8 mart 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.