ONN İnformasiya Agentliyi

6 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdi

6 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdi
10 Yanvar 2018 - 12:06

6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Moderator.az-a Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev qeyd edib ki, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək:

“Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir”.

Qurum rəsmisi deyib ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png