ONN İnformasiya Agentliyi

AAYDA gücləndirilmiş iş rejiminə keçdi

AAYDA gücləndirilmiş iş rejiminə keçdi
23 Yanvar 2024 - 15:16

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

Məlumata görə, avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib:

“Ötən gün gecə boyu və bu gün gündüz saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tədbirlər görülüb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub”.

Bakı şəhərində agentliyin xidmət göstərdiyi yollarda və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, daha problemli sahələr nəzarətə götürülüb, öncədən həmin ərazilərə qar təmizləyən, duz-qum qarışığı səpən texnikalar çıxarılıb. Ümumilikdə Bakı şəhəri və republikanın avtomobil yollarına 622 qarkürüyən, duz-qum qarışı səpən, həmçinin köməkçi yol texnikası və maşın-mexanizm xidmət göstərir, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png