ONN İnformasiya Agentliyi

ABŞ səfirliyi Azərbaycanla bağlı çağırış etdi

ABŞ səfirliyi Azərbaycanla bağlı çağırış etdi
19 Yanvar 2024 - 10:54

ABŞ-nin Azərbaycandakı səfirliyi digər beynəlxalq missiyalara çağırış edib.

ONN media xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Biz bu il yeni və kreativ yaşıl siyasəti həyata keçirmək üçün Azərbaycandakı digər beynəlxalq missiyalara dostcasına çağırış edirik. Biz birlikdə ətraf mühiti yaxşılaşdırmağı səbirsizliklə gözləyirik!”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda Bakı bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png