ONN İnformasiya Agentliyi

ABŞ səfiri: Azərbaycan enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır

ABŞ səfiri: Azərbaycan enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır
16 Noyabr 2017 - 17:49
“ABŞ Azərbaycan və digər ölkələrlə qlobal enerji təhlükəsizliyini təmin etmək üçün fəal şəkildə çalışır”.
ONN media-nın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin bu gün Amerika Ticarət Palatasının tədbirində də qeyd etdiyi kimi, ABŞ şirkətləri Azərbaycanda karbohidrogen resurslarının işlənməsində fəal olub: “Prezident Tramp da dəfələrlə qeyd edib ki, Azərbaycan regional, qlobal enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır. Biz bu rolun davam etməsi üçün Azərbaycanla birgə fəaliyyətimizi davam etdiririk”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png