ONN İnformasiya Agentliyi

Adil Əliyev: “Döyüşə getməyə cəngavərlər yetişdiririk”

Adil Əliyev: “Döyüşə getməyə cəngavərlər yetişdiririk”
27 Noyabr 2017 - 15:12

Məlum olduğu kimi Azərbaycan Kikboksinq Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə orta məktəblərdə kikboks klubları yaradılır.

ONN media xəbər verir ki, məsələ ilə bağlı media nümayəndələri ilə görüşən Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev layihə barədə geniş məlumat verib. Onun sözlərinə görə, layihədə əsas məqsəd hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, şagirdlərin sağlam böyüməsidir.

Millət vəkili qeyd edib ki, ölkədə idmana maraq getdikcə artır, ona görə də bu layihənin uğurlu olacağı şübhəsizdir.

“Biz federasiya olaraq iki ildir ki, bu sahədə dayanmadan fəaliyyət göstəririk, az qala hər ay bir rayonda yarış keçiririk.

Bilirsiniz bu iki illik fəaliyyətin nəticəsi nədir? Təsəvvür edin ki, bundan əvvəl federasiyamızın keçirdiyi yeniyetmələr arasında respublika çempionatına 150, maksimum 180 nəfər qatılırdı.

Bu il isə onların sayı 1000 nəfərə qalxdı. Bu isə o deməkdir ki, bir çağırışda hərbi xidmətə 1000 nəfər cəngavər gedəcək.

Onlar fiziki cəhətdən möhkəm, sağlam və yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmuş, döyüşməyə hazır olan əsgərlərdir.

Azərbaycanda 85 federasiya var. Onların heç olmasa yarısı bu nəticəni əldə edə bilsələr, hər il ən azı 20 min döyüşkən, cəngavər əsgər orduya gedər”, – deyə deputat qeyd edib.

A.Əliyev hesab edir ki, hər bir federasiya bu sahədə işlərini genişləndirməlidir: “Uşaqlarımız, gənclərimiz internet klublardan, qəlyanxanalardan yığışıb idman zallarına cəlb olunmalıdır.

Uşaqların idmana cəlb edilməsi prosesi məktəblərdən başlanmalıdır. Mən ali məktəblərdə də gənclərlə görüşmüşəm. Onların əksəriyyətinin vaxtı az olur. Çoxu özlərini dolandırmaq, valideynlərinə kömək etmək üçün işləyirlər.

Ona görə də vaxtları az, problemləri çox olur. Amma şagirdlər bu məsələlərdə azaddır. Onlar boş vaxtlarını idman zallarında keçirə bilirlər. Ona görə də biz Təhsil Nazirliyi ilə belə qərara gəldik ki, orta məktəblərdə zallar açaq, şagirdləri ora cəlb edək”.(Bakı Post)

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png