Aftandil İsrafilov sabah dəfn olunacaq

Xalq artisti, “Şöhrət” ordenli qarmon ifaçısı Aftandil İsrafilov sabah dəfn olunacaq.

ONN media xəbər verir ki, bu barədə “Report”a mərhumun qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində olacaq:

“Dəfn yerini isə hələ dəqiqləşdirməmişik”.

Mədəniyyət Nazirliyindən isə qeyd edilib ki, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində keçiriləcək.

Mərhum sabah saat 12:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, A.İsrafilov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.