ONN İnformasiya Agentliyi

Ağdamda bütöv bir qəsəbə karantinə alınıb? – TƏBİB-dən AÇIQLAMA

Ağdamda bütöv bir qəsəbə karantinə alınıb? – TƏBİB-dən AÇIQLAMA
02 İyun 2020 - 21:15

Ağdamda məcburi köçkün qəsəbəsi karantinə alınıb.

ONN media   xəbər verir ki, rayonun “Dörd yol – 2” qəsəbəsinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı məlumatlar yayılıb.

İlkin informasiyalara görə, qəsəbənin karantinə alınmasına səbəb orada müvəqqəti məskunlaşan məcburi köçkünlər arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır.

Koronavirusa yoluxan qəsəbə sakinlərinin aidiyyəti üzrə xəstəxanaya yerləşdirildiyi, rayon polis şöbəsinin əməkdaşlarının isə ərazidə postlar quraraq qəsəbədə ciddi karantin rejimi tətbiq etdikləri iddia edilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva  açıqlamasında bildirib ki, bu barədə dəqiq məlumatlar yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

“Müvafiq olaraq həftənin cümə günləri Operativ Qərargahın brifinqləri keçirilir və ölkədə koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunur. Bu istiqamətdə olan məlumatlar da məhz orada səsləndirilir. Amma bütün hallarda əgər yoluxma haqqında xəbər varsa, deməli doğru ola bilər. Biz bu dəqiqə üçün bu məlumatı tam təsdiq edə bilmərik. Operativ Qərargah tərəfindən yoluxma sayına görə ehtiyac olduğu təqdirdə rayon və kəndlərin adları açıqlanacaqdır.

Amma ola bilər ki, yoluxma faktı ilə bağlı qəsəbə karantinə alınsın. Lakin bu, o demək deyil ki, bütün kənd və ya qəsəbə karantinə alınıb. Bu proses vətəndaşların təsvir etdiyi şəkildə aparılmır. Ola bilər ki, üç, beş, 15 yoluxma faktı aşkarlansın. Bu zaman yalnız o şəxslərin yaxın təmasda olduğu digər şəxslər müəyyənləşdirilir və onlardan test nümunələri götürülür. Test nümunələrinin cavabları açıqlanana qədər isə həmin şəxslərə ev izolyasiyası tətbiq edilir”.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png