ONN İnformasiya Agentliyi

Ağdaşda toy karvanında avtoşou – VİDEO

Ağdaşda toy karvanında avtoşou – VİDEO
04 Dekabr 2017 - 5:31

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də toy karvanında qaydaları kobud pozan sürücülər var. Hətta bu qayda pozuntusu fonunda avtomobillərin nömrə nişanlarını da xüsusi dəyişikliklər etməklə gizlətməyə çalışırlar. Bu cür sürücülər yollarda qəza şəraiti yaradır, ya da özləri qəzaya düşürlər. Nəticədə də ailənin şad günü kədərli günə dönür.

ONN media Xəzərxəbər-ə istinadən xəbər verir ki, belə bir fakt Ağdaş rayonunda olub.

Belə ki, qoşa xəttin tələbini pozanlar kimi təhlükəli manevrlər edib digər hərəkət iştirakçılarına təhlükə yaradanlar da olub.

Görüntülər Ağdaş rayonunun mərkəzində toy karvanında lentə alınıb. Ən çox “VAZ-2107” markalı avtomobillərin yer aldığı “'kortej”də sürücülər yol hərəkəti qaydalarına məhəl qoymurlar. Təhlükəli manevrlər etməklə "avtoş"luqlarını nümayiş etdirirlər. Qoşa xəttin tələbini pozaraq əsas prospektdə qarşıdan gələn nəqliyyata mane olan sürücülər qadağan edilmiş yüksək avazlı səs siqnalından da istifadə edirlər.

Həmin sürücülər təxminən 7-8 kilometr məsafədə bəy-gəlin maşınını bu şəkildə müşayiət edirlər. Yolun hərəkət zolaqlarını tutur, üstəlik, yolayrıclarını necə gəldi, keçirlər. Görüntüləri izləyən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunun kobud qayda pozuntusu olduğunu deyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png