ONN İnformasiya Agentliyi

Agentlikdən zəruri tədbirlərlə bağlı – Xəbərdarlıq

Agentlikdən zəruri tədbirlərlə bağlı – Xəbərdarlıq
25 Noyabr 2017 - 18:48

Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərilib.

Bakı Nəqliyyat Agentliyindən ONN media-ya verilən məlumata görə, daşıyıcılar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin 141 nömrəli Qərarına və Bakı Nəqliyyat Agentliyinin tələblərinə əsasən, müntəzəm sərnişindaşımaları müvafiq normativ aktlara uyğun olaraq təşkil etməlidirlər.

Daşıyıcılara avtobusların daim işlək vəziyyətdə saxlanılması, xüsusilə qış mövsümü nəzərə alınaraq, bir sıra zəruri tədbirlərin yerinə yetirilməli olduğu tapşırılıb.

Sürücülər və təmir-xidmət personalı qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılmalı, istehsalat bazalarında qışa hazırlıq işləri görülməli, avtobuslar mövsüm üçün zəruri olan maddi-texniki baza ilə (şinlərin payız-qış mövsümünə uyğun təchiz olunması, akkumulyator batareyası, təkər zəncirləri, alın şüşəsinin silgəcləri, mayesi və digər), həmçinin, istilik və qızdırıcı vasitələrlə təmin edilməlidir.

Xəbərdarlıq məktubunda o da qeyd edilib ki, daşıyıcılar sürücüləri mütəmadi olaraq sürüşmə ehtimalı olan yol səthlərində, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmalı, hərəkət sürətinə nəzarət etməli və baş verə biləcək hadisələrin qarşısının alınması üçün öncədən tədbirlərin görülməsi ilə bağlı mütəmadi olaraq məlumatlandırmalı, həmçinin, maarifləndirmə işləri aparmalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png