ONN İnformasiya Agentliyi

Ali məhkəmədə daha bir yenilik

Ali məhkəmədə daha bir yenilik
30 Noyabr 2022 - 15:13

Ali Məhkəmə cinayət işləri üzrə kassasiya müraciətlərinə də yazılı icraat qaydasında baxacaq.

ONN media E-huquq.az-a istinadən xəbər verir ki, bu barədə Cinayət Prosessual Məcəlləsinə təkliflər paketi hazırlanıb və yaxın zamanda qanunverici orqana təqdim ediləcək.

Bildirilib ki, yazılı icraata keçid Ali Məhkəmənin işinin daha səmərəli qurulmasına, işlərə məhkəmədə baxılan zaman lazımsız vaxt itkisinin qarşısının alınmasına və baxılan işlərin keyfiyyətinin artırılmasına xidmət edir.

Xatırladaq ki, ötən ilin oktyabr ayından etibarən Ali Məhkəmə mülki, inzibati və kommersiya işlərinə yazılı icraat qaydasında yəni, məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png