ONN İnformasiya Agentliyi

Allahşükür Paşazadə bu şəxslərə çağırış etdi

Allahşükür Paşazadə bu şəxslərə çağırış etdi
16 Fevral 2024 - 17:36

Din xadimləri Qafqazda sülhün və sabitliyin davamlı olması üçün səy göstərməlidir

ONN media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə fevralın 16-da Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktla görüşündə deyib.

O qeyd edib ki, QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əlaqələrin yüksək səviyyədədir.

Şeyxülislam Moskva və Bütün Rusiyasının Patriarxı Kirill həzrətlərinin bu sahədə xidmətlərini xüsusi qeyd edib. A.Paşazadə 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi zamanı Patriarxın vasitəçilik missiyasını yüksək dəyərləndirərək vurğulayıb ki, məhz atılan addımlar nəticəsində problemin dini müstəviyə keçməsinin qarşısı alınıb.

Şeyxülislam Allahşükür Paşazadə Patriarx vəzifəsinə seçilməsinin 15 illiyi ilə bağlı təbriklərini və salam-dualarını Moskva və Bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinə çatdırmağı qonaqdan xahiş edib.

QMİ sədrinin sözlərinə görə, ölkəmiz ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışıb, qarşı tərəfi də buna səsləyib. Azərbaycan dövlətinin və xalqının birliyi sayəsində əzəli torpaqların azad olunduğunu, ölkəmizin suverenliyinin tam bərpa edildiyini diqqətə çatdıran Şeyxülislam həzrətləri bildirib ki, Qafqazda sülhün və sabitliyin davamlı olması üçün din xadimləri də səy göstərməlidir.

Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Moskva və Bütün Rusiyasının Patriarxı Kirillin salamlarını QMİ sədrinə yetirməkdən məmnunluq duyduğunu deyib. Qonaq Azərbaycan xalqını mühüm hadisə- fevralın 7-də keçirilən Prezident seçkiləri münasibəti ilə təbrik edib, and içərək öz vəzifəsinin icrasına başlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə uğurlar arzulayıb. Feofilakt əmin olduğunu bildirib ki, ölkə başçısı Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, burada yaşayan bütün xalqların rifahı üçün bundan sonra da yorulmadan çalışacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png