ONN İnformasiya Agentliyi

Alpinistlərlə bağlı pis xəbər: axtarışlar məhdudlaşdırıldı – RƏSMİ

Alpinistlərlə bağlı pis xəbər: axtarışlar məhdudlaşdırıldı – RƏSMİ
03 Yanvar 2018 - 10:45

Əməliyyatın aparıldığı ərazidə hava şəraitinin kəskin pisləşməsi (qar yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) ilə əlaqədar olaraq axtarış-xilasetmə işləri məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələr, digər dövlət qurumlarının əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edir. Meteoroloji şəraitdən asılı olaraq əməliyyata Fövqəladə Hallar Nazirliyinin helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunur. 

Əlavə məlumat veriləcək.

ONN media

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png