ONN İnformasiya Agentliyi

AMEA əməkdaşları üçün yeni yaşayış binasının tikintisinə başlanıldı

AMEA əməkdaşları üçün yeni yaşayış binasının tikintisinə başlanıldı
18 Dekabr 2017 - 19:01

Abşeron rayon Saray qəsəbəsində yerləşən "Alimlər şəhərciyi"ndə AMEA əməkdaşları üçün 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur.

ONNmedia Trend-ə istinadən bildirir ki, bunu layihənin rəhbəri Elçin Orucov deyib.

"AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək "Science City" yaşayış kompleksi ekoloji təmiz havası olan ərazidə yerləşir", – deyə bildirən layihə rəhbəri kompleksin həyəti və ətrafında böyük parkların salınacağını da vurğulayıb. Qeyd edib ki, 1,2,3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

O qeyd edib ki, bu gün "Science City" yaşayış kompleksində qazıntı işlərinə start verilib. Mənzillərin AMEA əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png