ONN İnformasiya Agentliyi

AMEA əməkdaşları üçün Sarayda yeni yaşayış kompleksi salınır

AMEA əməkdaşları üçün Sarayda yeni yaşayış kompleksi salınır
17 Noyabr 2017 - 12:58
Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması ilə bağlı uğurlu addımlar atılır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov təşkilatın VII qurultayında çıxışı zamanı deyib.
H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.
O əlavə edib ki, son illərdə AMEA əməkdaşlarını uçuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışırlar. Bu prosesin getdikcə genişləndiriləcəyini deyən H.Qurbanov qeyd edib ki, Akademiya şəhərciyində bu məhsulların satışını təşkil etmək üçün mağaza açılması zərurəti yaranıb:
“Ümid edirəm ki, yaxın zamanlarda AMEA-nın İşlər İdarəsi ilə bu məsələni həll edəcəyik. Eyni zamanda, Akademiya əməkdaşları üçün poliklinikanın yaradılması da öz həllini tapacaq”. (trend)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png