ONN İnformasiya Agentliyi

Amerikalı ekspert: “Paşinyan özünü çaşqın və zəif lider kimi göstərdi”

Amerikalı ekspert: “Paşinyan özünü çaşqın və zəif lider kimi göstərdi”
17 Fevral 2020 - 14:00

“Azərbaycanın mövqeyi gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində üstün olacaq, Bakının fəal diplomatiyası həmişə uğurlu olub”.

ONN media xəbər verir ki, bu sözləri “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı baş tutan polemikaları şərh edərkən deyib.

“Qeyd edim ki, çıxışı zamanı Prezident İlham Əliyev Avropa təhlükəsizliyi üçün önəmli olan Azərbaycanın tam ərazi suverenliyinin vacibliyini vurğuladı. Hesab edirəm ki, Azərbaycan Prezidenti bu vəziyyətdə uzaqgörən lider, Almaniya və Avropa ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığının daimi tərəfdarı kimi çıxış etdi”, – P.Teys bildirib.

Onun fikrincə, ATƏT Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində təşkil etdiyi münaqişə çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərini tamamilə qoruya bilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png