ANAMA yeni minatəmizləyən maşınlar aldı

Azərbaycan Minatəmizləmə Agentliyi 18 minatəmizləyən maşın alıb.

ONN media xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin minatəmizləyən maşınlar azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb edilib.