ANS “press” formasında yenidən fəaliyyətə başlayır

2015-ci ildə fəaliyyətini dayandıran ANS Şirkətlər Qrupunun “anspress.com” saytı yenidən fəaliyyətə başlayıb.

ONN media xəbər verir ki, bu barədə ANS Şirkətlər Qrupu MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev məlumat yayıb.

S.Mustafayev saytın bu gündən ictimaiyyət üçün açıldığını bildirib:

“Bir ildən artıqdır bu portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərirdik. Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s. Yəni “Anspress” portalı, hesab edirəm ki, unikal bir platforma kimi fəaliyyət göstərəcək. Məsələn, oxucularımız, tamaşaçılarımız, yaxud dinləyicilərimiz bir toxunuşla “Tvseans.com”a keçə və ən məşhur filmlərə üç dildə tamaşa edə bilərlər. Yaxud radioda ən son hitlərə qulaq asa bilərlər. Televiziya Yutub kanalımıza bağlanır, bütün verilişlərə baxa bilərsiniz”.