“Apple”istifadəçilərinin DİQQƏTİNƏ

ONN media xəbər verir ki,İOS yükləmələri üçün cavabdeh olan "iBoot"un mənbə kodları "Github"da yerləşdirilib.

Mənbə kodunun kim tərəfindən sızdırıldığı bilinmir."Github"a sızdırılan kodun İOS 9-a aid olduğu məlum olub.Bildirək ki,"iBoot"un mənbə kodları gizli məlumatlardır,"Apple"bu faylları yayımlamır."Apple Mac OSX"və İOS əməliyyat sistemiləri haqqında kitav müəllifi Conatan Levin bu hadisəni şirkət tarixində ən böyük sızıntı adlandırıb."Apple"bu sızıntı ilə bağlı hələlik açıqlama verməyib.