ONN İnformasiya Agentliyi

Aprel ayında qeyri iş günü olacaq

Aprel ayında qeyri iş günü olacaq
05 Fevral 2018 - 11:59

Azərbaycanda bu ilin aprel ayının 11-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkədə qeyri-iş günü olacaq.

ONN medianın məlumatına görə, Əmək Məcəlləsinin 105-1-ci (Səsvermə günü) maddəsinə əsasən, səsvermə olan ərazidə iş günü hesab edilmir.

Qeyd edək ki, həmin gün həftənin çərşənbə gününə təsadüf edir.

Nəzərə çatdıraq ki, prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png