ONN İnformasiya Agentliyi

Arazın suyu mədə xərçənginə səbəb olur – Şok

Arazın suyu mədə xərçənginə səbəb olur – Şok
09 İyul 2020 - 16:04

Ermənistanın Araz çayını zərərli maddələrlə çirkləndirməsi nəticəsində Muğanda mədə-bağırsaq xərçəngi tüğyan edir.

Bu barədə Ərdəbil əyalətinin Vilayətlər üzrə Ali Şurasının üzvü Puya Mücərrəd deyib.

O bildirib ki, Ermənistanın uran, mis və qızıl zavodlarından Araz çayına axıdılan çirkab suları Parsabad əhalisinin bir çoxunda mədə və ümumiyyətlə həzm sistemi orqanlarında xərçəngə səbəb olur.

“Parsabad, Muğan, Aslanduz və Biləsuvarın içməli suyu Araz çayından təmin olunur. Mütəxəssislərin fikrincə, Parsabad bölgəsi Ərdəbil vilayətində mədə-bağırsaq xərçənginə görə birinci yeri tutur. Məsələ ilə əlaqədar dəfələrlə İranın aidiyyəti qurumlarına müraciət edilib. Lakin onlar hər dəfə Ermənistandan Araz çayına sənaye müəssisələrinin çirkab suyunun axıdılması faktını təkzib ediblər. Bu günə qədər suyun yoxlanıb-yoxlanılmaması barədə heç bir sənəd göstərməyiblər. Halbuki bu bölgənin içməli suyunun rəngi dəyişib, bulanıq olub. Parsabad əhalisi “xərçəng sunamisi” ilə qarşı-qarşıyadır. 10 ildir ki, ətraf mühit fəalları və Şəhər Şurası üzvləri su məsələsinin həlli üçün çalışırlar. Ancaq heç bir dövlət rəsmisi əhalinin həyatına son qoyan bu problemi həll etmək istəmir”, – o əlavə edib.axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png