ONN İnformasiya Agentliyi

Artıq bunu arzulamırıq- Hikmət Hacıyev

Artıq bunu arzulamırıq- Hikmət Hacıyev
20 Mart 2024 - 16:45

Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.

ONN media xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi X hesabındakı paylaşımında bildirib.

“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın hərbi işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda Novruz Novruz tonqalları ilə qeyd olunur. Deyildiyi kimi, Oyun Bitdi!

Novruz bayramını təbrik edərkən, biz artıq “gələn ili Şuşada, Xankəndidə qeyd edək” demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”, – paylaşımda qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png