ONN İnformasiya Agentliyi

Arxiyepiskop: “Azərbaycan dövləti bütün imkanları ölkənin inkişafına sərf edir”

Arxiyepiskop: “Azərbaycan dövləti bütün imkanları ölkənin inkişafına sərf edir”
10 Fevral 2018 - 18:49

"Azərbaycana ilk dəfədir gəlsəm də qısa müddətdə bu ölkənin inkişafının şahidi oldum. Bu səfər məndə dərin təəssüratlar yaratdı. Bakı dinamik inkişaf edən şəhərdir. Çox gözəldir ki, Azərbaycan dövləti bütün mövcud imkanları ölkənin inkişafına sərf edir. Azərbaycan yaxşı perspektivə malik ölkədir".

ONN media Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager deyib.

Azərbaycandakı dini icmaların bir-birinə hörmətlə yanaşmasından məmnunluğunu ifadə edən qonaq bildirib ki, Vatikan bu cür təşəbbüsləri dəstəkləyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png