Azərbaycan 10 milyon dollarlıq kəşfiyyat avadanlığı alır

ABŞ Azərbaycana 10,1 milyon dollar dəyərində anti-terror və kəşfiyyat avadanlığı satacaq.

ONN media xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, avadanlıqların tədarükü üzrə müqavilə Virciniya ştatından olan “VSE Corp” şirkəti ilə imzalanıb.

“Virciniya əyalətində yerləşən “VSE Corp” şirkəti Xəzər dənizi ilə bağlı Azərbaycanın Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində təlim, terrorla mübarizə və kəşfiyyat avadanlıqlarının tədarükü üçün 10,082,812 dollar məbləğində müqaviləyə imza atıb”, – məlumatda vurğulanır.

Sənəddə qeyd olunur ki, Azərbaycan hökuməti ilə müqavilə Birləşmiş Ştatların xarici hərbi satışlar üzrə proqramı çərçivəsində imzalanıb.

Proqramın 2020-ci ilin sentyabrına qədər yekunlaşması gözlənilir.