ONN İnformasiya Agentliyi

Azərbaycan erməni qoyunları geri qaytardı

Azərbaycan erməni qoyunları geri qaytardı
20 Yanvar 2024 - 13:57

Azərbaycanlılar Zəngəzur ərazisindən, Ərəfsə kəndi istiqamətindən sərhədi keçərək, Azərbaycana daxil olan qoyunları geri qaytarıblar.

ONN media xəbər verir ki, bu barədə erməni mediası Dığ (Tex) kənd icmasın rəhbəri David Quluntsa istinadla məlumat yayıb.

Məlum olub ki, erməni qoyunlarının ardınca çoban və onun 16 yaşlı oğlu da sərhədimizi keçmək istəyib, lakin Azərbaycan əsgərlərinin yaxınlaşdığını görərək qaçıblar.

Qeyd edək ki, erməni mediası dünən qoyunlarının sərhədi keçməsini “Azərbaycanlılar qoyunları oğurladı” başlığı ilə yaymışdı, bu gün isə “Azərbaycanlılar oğurladıqları erməni qoyunları qaytardı” başlığı ilə həyasızlıqlarını davam etdiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png