Azərbaycan növbəti həmləyə hazırlaşır?-ŞOK İDDİA

Erməni silahlı dəstələri müqavimət göstərəcək qüvvədəydisə, bunu niyə 44 günlük müharibədə nümaiş etdirmədilər?! Azərbaycan nəyin bahasına olursa olsun, separatçıları məhkəmə qarşısına çıxarmaq üçün əlindən gələni etməlidir”.

Bunu ONN media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert vurğulayıb ki, erməni silahlı dəstələri Laçın şəhəri və Zabuxdan çıxmasa, güc tətbiq edilə bilər: “Biz bu cür mənasız bəyanatları Araik Arutunyanın dilindən eşitmişik. Azərbaycan Respublikasının Baş Prokurorluğu isə adıçəkilən şəxsin ölkəmizə gətirilib, məhkəmə qarşısına çıxarılacağını bəyan etmişdi. Terrorçu dəstələr canlı olaraq ya Azərbaycan məhkəməsinin, ya da ruhları ilə uca tanrının qarşısında cavab verəcəklər. Biz Qarabağda gedən bütün proseslərdən xəbərdarlıq. Oraya girən maşınların və yaşayan insanların sayını dəqiq olar bilirik. Dünyada müəyyən proseslər gedir, ancaq heçbirinin bizim məsələ ilə oxşarlığı yoxdur. Ermənilər yenidən təxribat yönlü addımlar atarsa, Azərbaycan öz sərhədləri çərçivəsində antiterror əməliyyatı keçirəcək. Sadəcə ölkəmiz istəyir ki, bu məsələ qan tökülmədən həll olunsun. Əgər bu mümkün olmasa, Azərbaycan güc tətbiq etməyə məcbur olacaq. Ermənilər və onların himayədarları anlayır ki, yolun sonuna gəliblər