Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri Qəbələdə görüşdü -FOTOLAR

Azərbaycanda 3 ölkənin Müdafiə naziri görüşüb.
 
ONN media xəbər verir ki, bu gün Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriyanın birgə görüşü baş tutub. 
 
Nazirlər öncə Şəhidlər Kompleksini, Şəhidlər Xiyabanını və mərhum Prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər. 
 
Hazırda Qəbələdə onların  üçtərəfli görüşü başlayıb.