Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərdi

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün yola düşür.

ONN media xəbər verir ki, təyyarə bir saata yola düşəcək.

FHN-dən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.