Azərbaycana hörmətsizlik – Türkiyə səfirliyi işə qarışdı

Türkiyənin ATV kanalında yayımlanan “Mən bu cahana sığmazam” (Ben bu cihana sığmazam) serialının prodüseri ilə əlaqə saxlanılaraq, bayraq və xəritədəki səhvlə bağlı dəyərləndirmələrimiz paylaşılıb.

Bu barədə ONN media axar.az-ın sorğusuna istinadla xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, Türkiyənin ATV kanalında yayımlanan “Mən bu cahana sığmazam” (Ben bu cihana sığmazam) serialında Azərbaycanın xəritəsi Naxçıvan olmadan göstərilib. Bu isə azərbaycanlı seyrçilərin ciddi etirazına səbəb olub.