Azərbaycanda ən çox bu namizədə səs verildi

Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

ONN media xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi (3642 səs) “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri Rəcəb Tayyib Ərdoğanı, 41,92 faizi, (2768 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.Digər namizədlərdən Sinan Oğan 6,42 % (424 səs), Muharrem İncə isə 2,24 % (148 səs) toplayıb.