Azərbaycanda aktyor vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.

ONN media xəbər verir ki, bu barədə Teatrdan bildirilib.

Qeyd olunub ki, 74 yaşlı aktyor bu gecə dünyasını dəyişib.

O, doğulduğu Lənkəran rayonunda dəfn ediləcək.Allah rəhmət eləsin.