ONN İnformasiya Agentliyi

Azərbaycanda bir dəqiqəlik sükut oldu

Azərbaycanda bir dəqiqəlik sükut oldu
20 Yanvar 2024 - 12:03

Yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ONN media xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən, qatarlardan siqnallar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində və bir sıra ölkələrdə şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edənlər qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edir, məzarları üzərinə tər çiçəklər düzürlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png