ONN İnformasiya Agentliyi

Azərbaycanda bu maşınlar utilizasiya olunmayacaq

Azərbaycanda bu maşınlar utilizasiya olunmayacaq
02 Fevral 2024 - 10:53

Son günlər buraxılış ili köhnə olan maşınların utilizasiyası gündəmdədir. Lakin bəzi kateqoriyalı avtomobillər var ki, onların utilizasiyaya verilib-verilməyəcəyi bir çoxları tərəfindən naməlumdur.

Əsasən buraxılış ili olduqca köhnə olan və xüsusi avtomobil həvəsakarları tərəfindən restavrasiyası üçün yüksək xərclərin qoyulduğu retro maşınların aqibətinin necə olacağı olduqca maraqlıdır.

ONN media xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənov Yenisabah.az-a danışıb. Ekspert retro maşınlarla bağlı utilizasiyanın təqdim olunmadığını deyib.

“Retro avtomobillər ehtiyat maşınlar sayılır və onlara utilizasiya təqdim olunmur. Bu tip maşınların gömrük rüsumları da fərqlidir. Gömrük kalkulyatorunda yük maşınları, xüsusi mexanizmə malik avtomobillər və bu tip avtomobillər də ulitizasiyaya təqdim edilmir.

Əgər könüllü formada avtomobil sahibi öz nəqliyyat vasitəsini dəyişmək istəsə, ancaq o zaman kalkulyatorda utilizasiya məbləği hesablanacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png