Azərbaycanda bu qiymətlər bahalaşdı -XƏBƏRDAR OLUN

Ötən ilin yanvar-dekabr aylarında əhaliyə gösətərilən kommunal xidmətlərin dəyəri bahalaşıb. Hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artım baş verib. Əhaliyə göstərilən elektrik enerjisi təchizatı xidmətlərinin dəyəri 2016-cı ilin yanvar-dekabr aylarında 21,5 faiz bahalaşıb.

ONN media xəbər verir ki,  Kanalizasiya xidmətlərinin dəyərində artım müvafiq dövr üzrə 25 faiz olub. Onu da qeyd edək ki, kanalizasiya xidmətləri 2016-cı ildə 2015-ci illə müqayisədə iki dəfə artıb.

Təbii qazın təhcizatında xidmətlərin dəyəri ötən il 2016-cı illə müqayisədə 21,9 faiz bahalaşıb. Qiymət artımı mehmanxana xidmətində (4,2 faiz), hava nəqliyyatı ilə sərnişindaşımada (16 faiz), stomatoloji xidmətlərdə (8,6 faiz), xəstəxana xidmətlərində (8,2 faiz) baş verib. Qeyd edək ki, ödənişli xidmətlərdən yeganə olaraq zibilin daşınma qiyməti artmayıb.(Oxu.Az)