Azərbaycanda dəhşətli hadisədə ölən gənc ər-arvadın – FOTOLARI

3 gün əvvəl Bakı-Quba-Rusiya sərhədi yolunun 78-ci km-də -Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində baş verən dəhşətli qəzada ölən şəxslərin fotoları yayılıb.

ONN media xəbər verir ki, “KamAZ” markalı avtomobillə “VAZ 21014” markalı avtomaşının toqquşması nəticəsində ağır xəsarət alan minik avtomobilinin 28 yaşlı sürücüsü Hümbət Savalanov xəstəxanada vəfat edib.

Hadisəyə gəlincə, axşam saatlarında Xızı rayonunun Giləzi qəsəbə sakini, 40 yaşlı Rəhim İntiqam oğlu Rəhimovun idarə etdiyi “KamAZ”markalı avtomaşınla Xaçmazın Çiləgir kənd sakini, 28 yaşlı Hümbət Şayəddin oğlu Savalanovun idarə etdiyi “Jiquli” toqquşub. Nəticədə sürücü Hümbət Savalanov və sərnişinləri-Günay Şakir qızı Savalanova, Oksana Gülağa qızı Əliyeva müxtəlif ağır xəsarətlərlə Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq “Jiquli”nin sürücüsünün həyat yoldaşı, 26 yaşlı Günay Şakir qızı Savalanova və Xaçmazın Yeni həyat qəsəbə sakini, Oksana Gülağa qızı Əliyevanı xilas etmək mümkün olmayıb. Sürücü Hümbət Savalanovun da vəziyyətinin olduqca kritik olun və onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı CM-nin 263.3 (2 və daha çox şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi açılıb. Bildirilir ki, 3 nəfərin ölümünə səbəb olan qəza “KamAZ” sürücüsü Rəhim Rəhimovun diqqətsizliyi səbəb olub. Belə ki, yük maşını yolun sağındakı kərpic zavoddan magistral yola çıxaraq dəmir çəpərdən keçməklə Bakı istiqamətinə dönmək istəyib. Bu zaman Bakı istiqamətindən gələn “Jiquli” arxadan ona çırpılıb.

Qəzada həlak olan qadınlar – Günay Savalanova və Oksana Əliyeva Xaçmaz şəhərindəki gözəllik salonlarının birində işləyirlərmiş.

Dəhşətli hadisədə ölən gənc ər-arvadın və Oksananın fotolarını təqdim edirik.