Azərbaycanda məmur oğlu həbs edildi- Səbəb?

Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib. 

ONN media xəbər verir ki, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib. Qeyd  edək ki, S.Hüseynov “Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.bakupost.az