Azərbaycanda minik və yük avtomobillərinin istehsalı dayanmaq üzrədir

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 205,7 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 23,6%, sair nəqliyyat vasitələrinin istehsalı isə 19,1% artıb.
Son 10 ay ərzində fəvvarə armaturunun istehsalı 89,4%, minik avtomobillərinin istehsalı 88,9%, yük avtomobillərinin istehsalı 98,6% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 32,1%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 26,2% artıb.