Azərbaycanda növbəti tədris ilinin tətil günləri açıqlandı

Azərbaycanda növbəti tədris ilinin tətil günləri açıqlanıb.

ONN media xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında imzaladığı əmrə əsasən, məktəblərdə aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).