ONN İnformasiya Agentliyi

Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb- BAHAR MURADOVA

Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb- BAHAR MURADOVA
08 Dekabr 2017 - 12:13

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir.

ONNmedia xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb: “Ölkədə dini etiqad azadlığı qorunur”.

B.Muradova qeyd edib ki, ictimai-siyasi sifarişləri nəzərə almaqla qanunlarda dəyişikliklər edilir.

O deyib ki, 15 il ərzində Azərbaycanda Ombudsman İnstitutu özünü möhkəmlədib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png