ONN İnformasiya Agentliyi

Azərbaycanda qeyri-adi hadisə: uşaq dilsiz doğulub – VİDEO

Azərbaycanda qeyri-adi hadisə: uşaq dilsiz doğulub – VİDEO
10 Fevral 2018 - 22:09

Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulan Ayxan İmanov anadangəlmə dilsizdir.

ONN media xezerxeber.az-a istinadən bildirir ki, 1yaş 4 aylıq olan uşağın dili olmadığı üçün ağzındakı hissiyatları da yoxdur. Bu da onun qidalanmasında problemlərə yol açır.
Valideynlərinin sözlərinə görə, Ayxanın müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmayıb. Uşaq daha çox duru yeməklərlə və əmzik vasitəsi ilə qidalanır.
Dili olmadığından danışa bilməyən Ayxan istəklərini ancaq əl-qol hərəkətləri vasitəsi ilə başa sala bilir.
Həkimlər isə bu halın çox nadir anomaliya olduğunu bildirirlər.
Həkimlər bildirirlər ki, əgər bu problemə vaxtında müdaxilə olunmazsa, belə uşaqlarda daha çox ağciyərlə bağlı bir sıra ciddi problemlər ortaya çıxacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png