Azərbaycanda Yəhudi muzeyi tikilir

“Qubanın Qırmızı qəsəbəsində Yəhudi muzeyi tikilir”. Bu barədə Quba rayonu Qırmızı qəsəbə 

ONN media xəbər verir ki, Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev Modern.az-a məlumat verib. O bildirib ki, hazırda muzeyin tikintisi istiqamətində böyük iş gedir. 

“Mən tez-tez ora gedib tikinti işlərilə maraqlanıram. Qırmızı qəsəbədəki Yəhudi muzeyi yəhudi icmasının və iş adamlarının maliyyə dəstəyi ilə tikilir. Güman edirəm ki, muzeyin tikintisi yaxın vaxtlarda yekunlaşacaq”.